DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb tam şəkildə hərbiləşməyə doğru gedir, çünki qalib gələ bilmir - Serbiya Prezidenti

Prezident bildirib ki, hazırda dünyada hamı silahlanır və Serbiyanın müdafiə sənayesinin yaxın 30-40 ildə istehsal edəcəyi hər şey bir gündə satıla bilər.
Sputnik
BAKI, 9 mart - Sputnik. Qərb Ukraynada Rusiya Federasiyasını asanlıqla məğlub edə bilmədiyi üçün silah alışını beş dəfə artıraraq tam hərbiləşdirməyə doğru irəliləyir. Belə bir açıqlama ilə Serbiya Prezidenti Aleksandr Vuçiç çıxış edib.
Serbiya dövlətinin başçısı şənbə günü müdafiə naziri Miloş Vuçeviç, ordu komandanlığı və müdafiə sənayesinin rəhbərliyi ilə Belqradın kənarındakı Hərbi Texniki İnstitutuna baş çəkib. Dövlət başçısı burada yeni PUA növləri olan Vrabak (Sərçə - red.) və Ositsa (Arı - red.), "Obad" (Mozalan - red.) "Senka" (Kölgə - red.) ilə tanış olub.
O, xüsusi olaraq “Komarats” kamikadze pilotsuz uçan aparatlarına (Komar – red.) diqqət yetirərək, istehsalın sürətləndirilməsinə çağırıb ki, ilin sonuna kimi silahlı qüvvələr bu PUA-lardan 5 min ədədini qəbul etsin.
Vuçiçin sözlərinə görə, dünyada silah alışı üçün tələskənlik var və “Serbiyanın müdafiə sənayesinin yaxın 30-40 ildə istehsal edəcəyi hər şey bir gündə satıla bilər”.

“Bir il əvvəl başlayıb, amma indi dəlilik dərəcəsinə çatıb. Hamısı düşünürdü ki, (Rusiya prezidenti – red.) Putin asanlıqla məğlub olacaq, lakin onun asanlıqla məğlub olmayacağını gördüklərindən tam hərbiləşməyə doğru gedirlər və hər şeydə imkanlarını beş dəfə artırırlar” - Serbiya Prezidenti bildirib.

O, həmçinin 122 və 125 mm-lik döyüş sursatlarının istehsalının artırılmasının vacibliyini qeyd edib. Vuçiç bir daha Rusiyanın Lanset hücum dronlarını tərifləyib və Rusiyanın onların istehsal texnologiyasını heç kimə ötürməməsindən şikayətlənib.
Lanset
Fevralın 14-də Serbiya Dövlətçiliyi Günündə silahların nəzərdən keçirilməsi zamanı o, Lanset PUA-larının Ukraynadakı münaqişədə inqilab etdiyini dilə gətirib.
Bundan əvvəl o, Belqradın Serbiyanın müdafiə sənayesinə 300 milyon avro sərmayə qoymasından danışıb. Keçən ilin fevralında dövlət başçısı Serbiyanın BƏƏ-dən kamikadze PUA-ların ilk partiyasını alacağını, sonra isə öz istehsalını quracağını bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.