RUSİYA

Zaxarova : Moskva digər ölkələri qorxutmaqla məşğul deyil

Rusiya tərəfi heç vaxt heç bir dövlətə, o cümlədən Yunanıstana hədə-qorxu gəlməklə məşğul olmayıb. Lakin Moskva nasizmin bütün Avropaya yayılmasına dözməyəcək.
Sputnik
BAKI, 8 mart - Sputnik. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Rusiyanı Avropanın “düşməni” adlandırıb və Kiyev rejimini dəstəkləməyə çağırıb.
Onun bəyanatını Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında şərh edib.
Diplomat qeyd edib ki, o, məktəb proqramında Mikis Teodorakisin musiqi əsərlərini öyrənib. O da Avropanın düşməni idi, lakin həm də nasist Avropasına qarşı idi.
"Yunan Müqavimətinin xatirəsinə xəyanət etməyin, Kiriakos!" – Zaxarova yazıb.
O əlavə edib ki, Rusiya tərəfi heç vaxt heç bir dövlətə, o cümlədən Yunanıstana hədə-qorxu gəlməklə məşğul olmayıb. Lakin Moskva nasizmin bütün Avropaya yayılmasına dözməyəcək.
Bundan əvvəl Yunanıstanın baş nazirinin Ukrayna lideri Vladimir Zelenski ilə birlikdə Odessa ərazisinə səfər etdiyi bildirilirdi. Siyasətçilər güclü partlayışın şahidi olublar.