VİDEO

Qədim ənənənin canlanması: İçərişəhərdə kəlağayı və rəngarəng miniatürlər necə yaranır

Qədim ipək yaylıq - kəlağayı, bu günə qədər müasir qadınlar arasında axtarılan aksessuar olaraq qalır. İpək yaylıq necə boyanır – bu barədə "Sputnik Azərbaycan"ın videosunda.
Sputnik
Azərbaycanda kəlağayı ənənəvi qadın ipək yaylığıdır. O, hər bir qadının qarderobunda var: ya nənəsindən və ya anasından miras qalıb, ya da toy və ya digər mühüm hadisə üçün hədiyyə olaraq qəbul edib. Hər bir kəlağayının ornamenti məna ilə doludur və öz tarixi var.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində batika ustası Fizzə Mirzəyeva hər zövqə uyğun iki və üçrəngli ipək yaylıqlar yaradır. "Sputnik Azərbaycan" bu zəhmət tələb edən işin gedişatını lentə almağı bacarıb.
Keramika rəssamı Məhluqə Hüseyn isə Nizami Gəncəvinin "Xəmsə" ("Beş") əsərindən ilhamlanaraq yeni rəsm əsəri üzərində işləyir. Kətanda Ruminin ornamentlərini və Gəncəvinin beş əsərinə həsr olunmuş fərdi səhnələri görmək olar.