DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin onun üçün yekun olacağını deyib

Rəcəb Tayyib Ərdoğan 2014-cü ildən Türkiyənin prezidentidir. O, 2003-2014-cü illərdə ölkənin baş naziri olub.
Sputnik
BAKI, 8 mart - Sputnik. “Mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün yekun olacaq”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək”, - deyə, o bildirib.
Rəcəb Tayyib Ərdoğan 2014-cü ildən Türkiyənin prezidentidir. O, 2003-2014-cü illərdə ölkənin baş naziri olub.
O, həmçinin iqtidardakı Ədalət və İnkişaf Partiyasının (Adalet ve Kalkınma Partisi - AKP) sədridir.
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğan: Dəstək olmadığı üçün Rusiya ilə Ukrayna arasında dialoqu qurmaq mümkün olmadı