CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 7 mart - FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib – Bu barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
Sputnik
BAKI, 7 mart — Sputnik. Martın yeddinci günü bir çox dünyaca məşhur aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün tarixə düşən hadisələr də baş verib.
7 martda kim anadan olub?
Salam Salamzadə (1908-1997) - Azərbaycan SSR xalq rəssamı. Bir sıra janr və qrafik rəsmlərin, portretlərin ("Nəriman Nərimanov", "yazıçı İ. M. Hüseynovun portreti") və mənzərələrin ("Köhnə şəhər", "Günəş altında", "Suyun yanında qadınlar", "Çay plantasiyası") müəllifidir.
Salam Salamzadə
Andrey Mironov (1941-1987) - sovet teatr və kino aktyoru, RSFSR xalq artisti. "Brilyant əl", "İtalyanların Rusiyadakı inanılmaz sərgüzəştləri", "12 stul" və s. filmlərdə rol alıb.
Andrey Mironov
Con Hyord (1946-2017) - Amerika teatr və kino aktyoru. "Evdə tək" filmi ona şöhrət gətirib.
Con Hyord
Brayan Krenston (1956) - amerikalı aktyor, rejissor, prodüser və ssenarist. İki ədəd "Toni" mükafatı, altı "Emmi" mükafatı, iki "Qızıl Qlobus" mükafatı və beş ədəd Amerika kino aktyorları Gildiyası mükafatının qalibi. Hollivud Şöhrət Xiyabanında bir ulduzun sahibi.
Brayan Krenston
Reyçel Vays (1970) - Britaniya aktrisası, Oskar mükafatçısı. "Mumiya", "Mumiya 2", "Bornun evolyusiyası", "Aqora" və "Fəvvarə" filmlərində rol alıb.
Reyçel Vays
Martın 7-də dünyada baş verən tarixi hadisələr
1657-ci ildə Fransa kralı XIV Lüdovik Amerika hindularına spirtli içkilərin satışını qadağan edib.
1876-cı ildə amerikalı Aleksandr Bell Ümumdünya Sərgisi zamanı Filadelfiyada geniş ictimaiyyətə teleqrafın təkmilləşdirilmiş modelini təqdim etdi. Bu tarix telefon aparatının doğum günü oldu.
1912-ci ildə norveçli qütb tədqiqatçısı Rual Amundsen Tasmaniya adasındakı Hobart şəhərində olarkən Cənub Qütbünü kəşf etdiyini elan edib.
1933-cü ildə Atlantik Sitidə (ABŞ) işsiz elektrik mühəndisi Çarlz Darrou məşhur "Monopoliya" stolüstü oyununu icad edib. İki və ya daha çox insan üçün nəzərdə tutulan bu iqtisadi strategiya 20-ci əsrin sonlarında bir çox ölkələrdə, o cümlədən Sovet İttifaqında çox böyük populyarlıq qazanıb. Oyunun məqsədi başlanğıc kapitalından səmərəli istifadə etmək və iflasdan qaçan yeganə oyunçu olaraq qalmaqdır. Hazırda bu oyunun bir çox kompüter versiyaları mövcuddur.
1939-cu ildə İspaniyada vətəndaş müharibəsi zamanı "Castillo de Olite" gəmisi sahil artilleriyası tərəfindən batırılıb. Nəticədə 1476 nəfər həlak olub, 342 nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.