CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX-nın terrorçuluğu maliyyələşdirdiyi üçün saxladığı şəxs həbs edilib

Abit Mərdanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib.
Sputnik
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abit Mərdanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib.
Bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.
Belə ki, Abit Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.