PAYTAXT XƏBƏRLƏRİ

Bakıya 100 yeni elektriklə işləyən avtobus gətirilir

Anar Rzayev deyib ki, bundan başqa, "Bakı Taksi Xidməti" MMC-ə məxsus 150 ədəd elektrik mühərrikli taksi alınacaq.
Sputnik
BAKI, 7 mart — Sputnik. Bakıya 100 yeni elektriklə işləyən avtobus gətirilir
Bakıda 100 yeni elektriklə işləyən avtobus istismara veriləcək. Sputnik Azərbyacan-ın xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Anar Rzayev "Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar" konfransında çıxışı zamanı deyib.
O bildirib ki, cari ildə avtobus parkı yenilənəcək, yeni velosiped yolları salınacaq: "Bundan başqa, Bakı Taksi Xidməti" MMC-ə məxsus 150 ədəd elektrik mühərrikli taksi alınacaq".
Qeyd edək ki, Azərbaycanda bir ay müddətində elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri müəyyən ediləcək. Bu, Prezident İlham Əliyevin "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında" Sərəncamında öz əksini tapıb.
Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında həyata keçiriləcək.