BAKI, 6 mart — Sputnik. Hazırda Polşa, Litva, Latviya, Estoniya və Belarusiyada olan Rusiya vətəndaşlarına Rusiya prezidenti seçkilərində Kalininqrad, Leninqrad və Pskov vilayətlərinin sərhədyanı rayonlarında səs vermək imkanı verilib. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Kalininqrad vilayətində səsvermə seçki günlərində beş seçki məntəqəsində keçiriləcək, Leninqrad vilayətində isə martın 15-dən 17-dək xüsusi yaradılmış seçki məntəqəsində səs vermək mümkün olacaq.
Pskov vilayətində Estoniya, Latviya və Belarusda yaşayan rusiyalılar da 5 məntəqədən birində səs verə biləcəklər.
Qeyd edək ki, Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd - Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin dövlət başçısı vəzifəsi üçün mübarizə aparır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.