CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Soasial şəbəkədə “Kapital Bank”dan 200 AZN xəbərinə inanmayın - XƏBƏRDARLIQ

Elektron Təhlükəsizlik Xidməti bu cür məlumatları qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
Sputnik
BAKI, 6 mart - Sputnik. Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı yeni növ dələduzluq həyata keçirilir. Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən, “Instagram”* sosial şəbəkəsində kiberdələduzlar tərəfindən “Kapital Bank”ın adından saxta kampaniyalar həyata keçirilir.
Belə ki, yaradılmış saxta hesablar vasitəsilə “Kapital Bank”ın hər kəsə 200 AZN dəyərində pul verdiyi bildirilir. Ödənişin alınması üçün istifadəçilərdən saxta “Telegram” kanalına daxil olmaq tələb olunur.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir” - məlumatda qeyd olunub.

* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.