CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahibsiz itlər Xırdalan sakinlərinin həyatı üçün təhlükə yaradıb-Video

Xırdalan şəhər sakini Jalə İsmayıl küçə itlərinin sakinlərin üstünə hücum etdiyini söyləyib.
Sputnik
BAKI, 6 mart — Sputnik. Sahibsiz küçə itləri Qobudan sonra Abşeron rayon sakinlərinin də həyatı üçün təhlükə yaradıb. Abşeron rayonu, Xırdalan şəhər sakini Jalə İsmayıl Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sahibsiz küçə itlərinin qorxusundan həyətə düşə, mağazaya gedə bilmirlər. J.İsmayıl küçə itlərinin sakinlərin üstünə hücum etdiyini söyləyib.

"Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində hər gün küçə itləri sürü ilə dolaşır. Sakinlər itlərin qorxusundan mağazaya gedə bilmirlər. Sahibsiz itlər sakinlərə hücüm edir. Ərazidə 3 saylı ümumtəhsil müəssisəsi və kollec də var. Valideynlər itlərə görə uşaqlarını tək məktəbə göndərə bilmirlər" - şəhər sakini bildirib.

Sputnik Azərbaycan məsələ ilə bağlı "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzdən əraziyə küçə itlərinin toplanılması üçün briqadalar göndəriləcəyi bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.