RUSİYA

Rusiya-Çin münasibətləri pik nöqtədədir – Peskov

Rusiya prezidentinin mətbuat katibi iki ölkə arasında münasibətlərin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını bildirib.
Sputnik
BAKI, 6 mart - Sputnik. Rusiya Çinlə münasibətlərini çox yüksək qiymətləndirir, onlar artıq pik nöqtəsindədirlər, lakin bu zirvə də keçəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz Çinlə münasibətlərimizin indi necə inkişaf etdiyini həqiqətən yüksək qiymətləndiririk. Həm prezident Putin, həm də Sədr Si Cinpin dəfələrlə bildiriblər ki, bu münasibətlər indi tarixi pik həddindədir və ümid edirik ki, biz bu zirvəni keçəcəyik” - Peskov Rusiya "Bilik" Cəmiyyətinin "Bilik. Birincilər" marafonu zamanı deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
O, Moskva ilə Pekin arasındakı münasibətləri həqiqətən qarşılıqlı faydalı əməkdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq kimi səciyyələndirib.
“Bilik. Birincilər” marafonu Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə martın 1-dən 7-dək Sirius federal ərazisində keçirilən Ümumdünya Gənclər Festivalında keçirilir. Festivalın təşkilatçısı "Rosmolodyoj", onun baş informasiya tərəfdaşı isə "RİA Novosti"dır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.