RUSİYA

Rusiya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafından məmnundur - Peskov

Kreml rəsmisi iki ölkə arasında münasibətlərin inkişafını yüksək qiymətləndirib.
Sputnik
BAKI, 6 mart - Sputnik. Rusiya Azərbaycanla münasibətlərinin necə inkişaf etməsindən məmnundur. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ümumdünya Gənclər Festivalı çərçivəsində deyib.

“Birincisi, biz Azərbaycandan olan həmkarlarımızı burada, Rusiyada görməyə həmişə çox şadıq. Bilirsiniz ki, indi, sözün əsl mənasında, mən hesab edirəm ki, bizim baş nazirimiz Mixail Mişustin böyük nümayəndə heyəti ilə Bakıdadır, əla əlaqələrimiz var və biz Azərbaycanla münasibətlərimizin necə inkişaf etməsindən çox məmnunuq” - Peskov bildirib.

Ümumdünya Gənclər Festivalı Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə martın 1-dən 7-dək Sirius federal ərazisində keçirilir. Festivalın təşkilatçısı "Rosmolodyoj"dur.
Qeyd edək ki, martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.