BAKI, 6 mart — Sputnik. MDB məkanında rus dilinin dəstəklənməsinə dair işlər davam etdiriləcək. Bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
"Rus dilinə münasibətə gəlincə, bu yaxınlarda Vladimir Putin Federal Məclisə müraciətində rus dilinə dəstəyi genişləndirmək və ilk növbədə bunu MDB məkanında etmək lazım olduğunu bildirib. Rus dili millətlərarası ünsiyyət vasitəsidir. Rus dili, rus mədəniyyəti, adət-ənənələri vasitəsilə başqa ölkələrə gəlir və şübhəsiz ki, biz rus dilinin dəstəklənməsi ilə bağlı işi sistemli şəkildə davam etdirəcəyik", - Mişustin Azərbaycana səfəri zamanı bildirib.
Mixail Mişustinin Bakıdakı Rus Dram Teatrına səfəri
© Sputnik / Murad Orujov
Mişustin bildirib ki, dil mədəniyyətin elementidir və onun qorunub saxlanmasına qayğı, əlbəttə ki, ümumi humanitar, tarixi, mədəni məkanımızın möhkəmlənməsinə kömək edir.
Mişustin rus dilinə verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə və vətəndaşlarına təşəkkür edib:
"Biz həmişə deyirik ki, həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də burada rus dilinə çox diqqətlə yanaşan bütün insanlara minnətdarıq".
Baş nazir xatırladıb ki, Azərbaycanda rus dilində tədris keçilən çoxlu məktəblər var. O, Azərbaycanda Açıq Təhsil Mərkəzinin fəaliyyətə başladığını da qeyd edib.
"Mən bilirəm ki, bu mərkəzə böyük tələbat var, onun bazasında 400-dən çox tələbə təhsil alıb" - Mişustin əlavə edib.
"Əlbəttə, biz rus dilini təbliğ etməyə davam edəcəyik" - baş nazir fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.