DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransanın dəniz piyadaları Seneqalı tərk etməyə başlayıb

Beləliklə, Fransanın Seneqaldakı hərbi kontingentinin sayı 500 əsgərdən 260-a enəcək.
Sputnik
BAKI, 6 mart — Sputnik. Fransa Silahlı Qüvvələri dəniz piyadalarını Seneqaldan çıxarmağa başlayıb. "Seneweb" portalı xəbər verir ki, dəniz piyadalarının ölkədən çıxarılması prosesi iyunun sonundan gec olmayaraq başa çatacaq. Beləliklə, Fransanın Seneqaldakı hərbi kontingentinin sayı 500 əsgərdən 260-a enəcək.
Nəşrin məlumatına görə, Seneqalda qalan fransalı hərbçilər yerli əsgərlərin təlimi ilə məşğul olacaqlar.
2022-ci ildə Fransa prezidenti Emmanuel Makron Qərbi Afrikanın Sahel regionunda on il əvvəl başladılan "Barxan" əməliyyatının başa çatdığını elan edib. O, eyni zamanda, Fransanın hərbi mövcudluğunu saxlamaqla, bölgədəki hərbi hissələrdə islahatların başlayacağını bildirib.
Xatırladaq ki, Mali və Niger hakimiyyətinin tələbi ilə həmin ölkələrin ərazisində yerləşən fransız qoşunları tamamilə çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.