CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erkən nikahın arealı genişlənib - Sığınacaq sədri - VİDEO

M. Zeynalova bildirib ki,əksər hallarda təhsil müəssisələrinin rəhbərləri, aidiyyatı qurumlar erkən nikahlara göz yumurlar.
Sputnik
BAKI, 6 mart — Sputnik. Bu gün Sputnik Azərbaycan Mutimedia Mərkəzində erkən nikah mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova erkən nikah probleminin hansı streotiplərdən qaynaqlandığını, bəzən valideynlərin qızlarını qorumaq məqsədilə erkən ərə verdiyini bildirib.
O, qeyd edib ki, əvvəlдэк yalnız bir neçə bölgədə erkən nikah faktları vardısa, artıq bu problemin arealı genişlənib.

"Əvvəl erkən nikaha daha çox cənub zonasında rast gəlinirdi. İndi Bakı kəndləri, Gəncəbasar zonasında belə hallar daha çox müşahidə olunur" - birlik sədri bildirib.

M.Zeynalova onu da deyib ki, erkən nikahların qarşısını almaq üçün yeganə çıxış yolu maarifləndirmə olsa da, qanunvericiliyin tələbləri də sərtləşdirilməlidir.
Onun qənaətinə görə, əksər hallarda təhsil müəssisələrinin rəhbərləri, aidiyyatı qurumlar erkən nikahlara göz yumurlar.
"Tez-tez mətbuatda məlumatlar yayılır ki, məktəb yaşlı qızlar ərə gedir. Məktəb bununla bağlı məlumatlı olsalar da, təhsildən yayınan qızların aqibəti ilə maraqlanmırlar. Hətta buna bəzən göz yumur, şərait yaradırlar. Bunun qarşısını almaq üçün qanunvericilik sərtləşdirilməldiir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Şadlıq evlərinin sahibləri erkən nikaha görə cəzalandırılacaqmı?