MƏDƏNİYYƏT

Bikoviç Maqomayev haqqında seriala çəkilməzdən əvvəl onu tanımadığını etiraf edib

Aktyor SSRİ-də və ya Rusiyada böyümədiyini, buna görə Maqomayevin istedadının onun üçün böyük bir kəşf olduğunu qeyd edib.
Sputnik
BAKI, 6 mart — Sputnik. Müslüm Maqomayev haqqında serialda çəkilmək təklifi gələnə qədər onu tanımırdım.
Bunu serb və rus aktyoru Miloş Bikoviç deyib.
"Düzünü desəm, rollar məni tapır... Mənə onu oynamaq təklifi gələnə qədər Müslüm Maqomayevin kim olduğunu belə bilmirdim" - Bikoviç Soçidə keçirilən Ümumdünya Gənclər Festivalında etiraf edib.
Aktyor SSRİ-də və ya Rusiyada böyümədiyini, buna görə Maqomayevin istedadının onun üçün böyük bir kəşf olduğunu qeyd edib.
Bikoviç onu da əlavə edib ki, rolu oynamaq üçün "incə sərhəddi" tapmalı idi.
"O, sevgi və iş, opera ifaçılığı və səhnə arasındakı sərhədlərdə yaşayan bir insan idi" - sənətçi sözünü yekunlaşdırıb.
Qeyd edək ki, Rusiya istehsalı olan "Maqomayev" serialı 2020-ci ildə işıq üzü görüb. Filmdə əsas rolu Bikoviç oynayıb.
Bundan əvvəl Bikoviç Rusiyaya sevgisini etiraf edib.