RUSİYA

Zaxarova Aİ səfirlərini Rusiyanın daxili işlərinə qarışmaqda ittiham edib

Martın 4-də Lavrov deyib ki, o, bu yaxınlarda Aİ səfirlərini Rusiyada prezident seçkiləri öncəsi görüşə dəvət edib, lakin onlar görüşdən imtina ediblər.
Sputnik
BAKI, 5 mart — Sputnik. Aİ-nin Moskvadakı səfirlərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina etməsi onların Rusiyadakı fəaliyyəti ilə bağlı suallar yaradır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Martın 4-də Lavrov deyib ki, o, bu yaxınlarda Aİ səfirlərini Rusiyada prezident seçkiləri öncəsi görüşə dəvət edib, lakin onlar görüşdən imtina ediblər.
"Belə olan halda, bu insanlara bütün hörmət və ya hörmətsizliklə, yanaşı onların yalnız bir funksiyası var. Onlar yalnız bir ölkədən başqa bir ölkəyə məlumat ötürürlər. Sual doğurur ki, bu adamlar ən vacib funksiyalarını yerinə yetirmirlərsə, ölkəmizin ərazisində nə iş görürlər?" - o, Soloviev Live-də deyib.
"Onlar bütün vaxtlarını yalnız bir şeyə həsr edirlər. Mən hamıdan yox, bu "mühərrikdən" danışıram. Onlar ölkəmizin daxili işlərinə qarışmaqla məşğuldurlar, sözün əsl mənasında, Rusiya Federasiyasının daxili işlərinə də müdaxiləni nəzərdə tutan tamaşalar göstərirlər" - Zaxarova əlavə edib.