RUSİYA

Şoyqu: Rusiya NATO-ya görə bu strateji istiqamətlərdə qoşun qruplarını gücləndirib

Eyni zamanda o qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin iki spesifik strateji ərazi birliyi - Leninqrad və Moskva hərbi dairələri yaradılıb.
Sputnik
BAKI, 5 mart — Sputnik. Rusiya Federasiyasının sərhədləri yaxınlığında Şimali Atlantika Alyansının hərbi potensialının artırılması fonunda Rusiya şimal-qərb və qərb strateji istiqamətlərdə qoşun qruplaşmalarını gücləndirir. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Eyni zamanda o qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin iki spesifik strateji ərazi birliyi - Leninqrad və Moskva hərbi dairələri yaradılıb.
"Rusiya Prezidentinin fevralın 26-da imzaladığı fərmanla Rusiyanın hərbi-inzibati bölgüsü yaradılıb. Müvafiq ərazilər, o cümlədən ölkənin yeni bölgələri hərbi dairələrə verilib. Görülən tədbirlər qoşunların və onların idarə olunmasının səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq" - Şoyqu deyib.