BAKI, 5 mart — Sputnik. Məktəblərdə xarici dil imtahanları aşağı səviyyədə aparılır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszdə deyib.
O bildirib ki, xarici dil imtahanları verən 9-cu sinif şagirdlərinin xarici dil səviyyəsi A2-dir: "11 ci sinfi bitirən şagirdlərin isə xarici dil bilikləri B1-dir".
Sədr əlavə edib ki, bir neçə il əvvəl ilə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb: "Mən istərdim ki, müsbət dinamika şagirdlərin riyaziyyat biliklərində də özünü göstərsin".
O, həmçinin qeyd edib ki, dövlət dili kimi Azərbaycan dili imtahanı yekun attestasiyaya daxil olan imtahandır.
M.Abbaszadənin sözlərinə görə, tədrisi digər dildə aparılan bölmələrdə (Azərbaycanda təxminən 10 faiz şagird rus bölməsində oxuyur, təxminən 3-5 faiz şagird isə ingilis dilində tədris alır) şagirdlər Azərbaycan dili imtahanını dövlət dili kimi verirlər:
"Bu, B1 səviyyəsində olan imtahandır. Tədris dili Azərbaycan dilində olan şagirdlərin verdiyi Azərbaycan dili imtahanında isə suallar B2 səviyyəsində olur".