BAKI, 5 mart - Sputnik. Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb.
Onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi "sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s. ilə ittiham olunduğunu bildirib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.
04.03.24
Rəsmi İrəvan azaraq şərti sərhədi keçdiyinə görə tutulan Azərbaycan əsgərini geri qaytarmağa qərar verib.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, azan hərbi qulluqçuların tez bir zamanda geri qaytarılması ilə bağlı Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən, eyni zamanda xoşməramlı jest olaraq, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edilib.
Bundan əvvəl Ermənistan KİV-ləri Ermənistan İstintaq Komitəsinin azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verildiyini yazmışdı.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
29.02.24, 16:36
BQXK Ermənistanda olan hərbçimizin saxlanılması ilə bağlı dialoq aparır
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial ikitərəfli dialoq apardığını açıqlayıb. Bu barədə BQXK-nin Bakı ofisinin "X" hesabında paylaşım edilib.
"Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə rəftar və saxlanma şəraitinə nəzarət etmək və həmin şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir" - deyə əlavə edilib.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti isə xəbər yayıb ki, Azərbaycan əsgəri Pənahov Ruslan Eldəniz oğluna qarşı təxribata cəhd, qanunsuz silah və sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd ittihamları ilə iş açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.