SƏHİYYƏ

Azərbaycanda nə qədər İİV xəstəsi var?

QİÇS-lə Mübarizə Mərkəzi bildirib ki, 8,7 min İİV-lə yaşayan şəxs antiretrovirus terapiyaya cəlb edilib.
Sputnik
BAKI, 5 mart — Sputnik. 2023-cü ildə QİÇS-lə Mübarizə Mərkəzində 9,3 min nəfər İİV-lə yaşayan şəxs qeydiyyatda olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Bildirilib ki, 8,7 min İİV-lə yaşayan şəxs antiretrovirus terapiyaya cəlb edilib.
"Aparılan tədbirlər nəticəsində Azərbaycanda insan immunçatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır", - deyə hesabatda qeyd edilib.