BAKI, 5 mart — Sputnik. Almaniya hakimiyyəti Almaniyada işləyən rus müxbirlərinə toxunsa, alman jurnalistlər Rusiyanı tərk etməyə məcbur olacaqlar.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Dərhal demək istəyirəm ki, onlar bu barədə Berlindəki diplomatik kanallar vasitəsilə artıq bilirlər - əgər rus müxbirlərinə toxunsalar və hələ də planlarını sona çatdırsalar, alman jurnalistlər Rusiyanı tərk edəcəklər" – Zaxarova "Soloviev Live"də bildirib.