RUSİYA

Rusiyada keçiriləcək seçkilər MDB ölkələri üçün tarixi əhəmiyyət kəsb edir - Nemətov

Rusiyadakı seçkiləri müşahidə edəcək MDB missiyasının say tərkibi açıqlandı.
Sputnik
BAKI, 4 mart - Sputnik. 200-ə yaxın şəxs Müstəqil Dövlətlər Birliyinin Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidəçilər missiyasının üzvü olub. Bu barədə jurnalistlərə missiyanın rəhbəri İlhom Nemətov məlumat verib.
"Biz Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək üçün 200-ə yaxın adamı cəlb etmişik" - deyən Nemətov bildirib ki, MDB müşahidəçilər missiyası seçkilərin uğurla keçməsində maraqlıdır.
"Qarşıdan gələn seçkilər MDB ölkələri üçün tarixi əhəmiyyət kəsb edir. Təkcə MDB ölkələrində deyil, ondan kənarda da bu seçkiyə çox böyük maraq var" - o əlavə edib.
Qeyd edək ki, Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd - Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin dövlət başçısı vəzifəsi üçün mübarizə aparır.
05.02.24, 19:30
Rusiyada prezident seçkilərinə hazırlıq çox fəal gedir - MDB baş katibi
Rusiya Federasiyasında prezident seçkilərinə hazırlıq prosesi çox fəal və mütəşəkkildə gedir. Bu qiymətləndirmə ilə Birliyin baş katibi Sergey Lebedev çıxış edib. O, həmçinin fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri üzrə MDB müşahidəçilər missiyasının rəhbəridir.

"Hazırlıq çox fəal gedir. Prezidentliyə namizədlərin qeydə alınması prosesi gedir. Mənim Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Pamfilova Ella Aleksandrovna ilə əlaqəm var. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırlıq prosesi gedir. Çünki seçkilər planlaşdırıldığı kimi, sakit və mütəşəkkil şəkildə gedir" - o deyib.

Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Səsvermə martın 15, 16 və 17-də davam edəcək. Bu, Rusiyada prez üç günlük formada ilk seçkisi olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.