RUSİYA

Rusiya taleyüklü missiyanı yerinə yetirir - Medvedev

Medvedevin sözlərinə görə, Rusiyanın sərhədlərinin harada və necə müəyyənləşdiyini, onların gələcəkdə nə olacağını anlamaq vacibdir.
Sputnik
BAKI, 4 mart — Sputnik. Rusiya bu gün qlobal dünyada xüsusi, taleyüklü missiyanı yerinə yetirir, bu missiyanın tamamlanacağına şübhə yoxdur. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Bilik" Cəmiyyətinin "Bilik. Birinci" marafonu zamanı bildirib.
"Biz bu gün qlobal dünyada xüsusi, taleyüklü missiyanı yerinə yetirən ölkəmizin gələcəyini qururuq. Bu missiyanın tamamlanacağına şübhə yoxdur" - Medvedev deyib.
Medvedev bildirib ki, Rusiyanın sərhədlərinin harada və necə müəyyənləşdiyini və onların gələcəkdə nə olacağını anlamaq vacibdir.
"Ölkəmizdən danışarkən onun sərhədlərinin dövrümüzdə harada və necə göstərildiyini, əsrlər boyu nə qədər dəyişdiyini və gələcəkdə nə olacağını anlamaq vacibdir" - deyə Medvedev bildirib.
Dünya Gənclər Festivalı Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə martın 1-dən 7-dək Sirius federal ərazisində keçirilir. Festivalın təşkilatçısı Rosmolodejdir. RİA Novosti 2024-cü il Dünya Gənclər Festivalının baş informasiya tərəfdaşıdır.