PAYTAXT XƏBƏRLƏRİ

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib

Baş nazir Əli Əsədov bununla bağlı "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Sputnik
BAKI, 4 mart — Sputnik. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib.
Baş nazir Əli Əsədov bununla bağlı "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliklə Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.
Qərarın əvvəlki variantı isə belə idi:
"Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldırır".
21.12.23, 16:38
"İçərişəhər"in mobil tətbiqi yaradılacaq
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında mobil tətbiq yaradılacaq. Sputnik Azərbaycan bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, idarə mobil tətbiq yaratmaqla ziyarətçilər haqqında məlumat toplamaq, onlarla geri əlaqəni təmin etmək və nəticədə data əsaslı idarəetməni, yüksək keyfiyyətli və sürətli xidməti təmin etmək istəyir.
Mobil tətbiqdə İçərişəhərin onlayn xəritəsi olacaq, onunla ərazini gəzmək, yeni səfər planlaşdırmaq və bu səfəri başqa istifadəçilərlə tətbiq daxilində paylaşmaq, məkanlara reytinq vermək (1-5 bal/ulduz) imkanı olacaq.
Bundan başqa, mobil tətbiq istifadəçiləri İçərişəhərdəki muzeylər, qalereyalar, otellər, restoranlar və s. haqqında məlumat əldə edə biləcək. Onun istifadəçi interfeysi və kontenti Azərbaycan və ingilis dillərində hazırlanacaq.