RUSİYA

Bundesverdə Rusiyaya zərbə endirmək planlarını əsaslı şəkildə müzakirə edilir

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun fikrincə, heç bir şərhə ehtiyacı yoxdur, hər şey göz qabağındadır.
Sputnik
BAKI, 4 mart — Sputnik. Alman zabitləri arasında söhbətin dərci onu deməyə əsas verir ki, Bundesverdə Rusiyaya zərbə endirmək planları əsaslı şəkildə müzakirə edilir.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
"Burada fikirlərin söz formasında ifadələri mühümdür – Krım körpüsünə zərbələr müzakirə edilib. Səs yazısının özü göstərir ki, zərbə planları Bundesver daxilində əsaslı şəkildə və konkret olaraq müzakirə olunur. Bunun heç bir şərhə ehtiyacı yoxdur, bu, göz qabağındadır" - Rusiya liderinin mətbuat katibi bildirib.
Peskov əlavə edib ki, Kreml Almaniya kansleri Olaf Şoltsun Alman hərbçilərinin söhbətinin dərc olunmasından sonra elan etdiyi yoxlamanın nəticələrini öyrənəcəyini gözləyir.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Almaniya səfiri Aleksandr Lambsdorfu Bundesver zabitləri arasında dinlənilən söhbətlə əlaqədar çağırıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin fikrincə, Almaniya Rusiya ilə müharibəyə hazırlaşır.