RUSİYA

Ukraynada münaqişə tərəfləri hərbi imkanların həddinə çatıb - Türkiyə XİN

Türkiyəli nazir bildirib ki, Ukraynadakı münaqişə çərçivəsində suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtıdır.
Sputnik
BAKI, 3 mart - Sputnik. Rusiya və Ukrayna nəticə əldə etmək üçün hərbi imkanlarının həddinə çatıb və indi dinc dialoq lazımdır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanışında deyib.

“Mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək şeylərin həddinə çatıb. Hesab edirik ki, indi atəşkəs istiqamətində dialoq aparmağın vaxtı çatıb” - deyə türkiyəli nazir bildirib.

Fidan onu da əlavə edib ki, Türkiyə tərəfdən “işğal olunmuş ərazilərin tanınmasından söhbət getmir”, amma indiki mərhələdə “Türkiyə əmindir ki, bu məsələni və suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmaq vaxtıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.