RUSİYA

Medvedev: Silah istehsalında qeyri-məhsuldar xərcləri minimuma endirmək lazımdır

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bundan əvvəl hərbi məhsulların qiymətlərinin düzgünlüyünü yoxlamaq üçün işçi qrupunun iclasını keçirib.
Sputnik
BAKI, 2 mart — Sputnik. Rusiyada silah istehsalı üçün xərclərin məcmusunu və strukturunu təhlil etmək, qeyri-məhsuldar xərcləri aradan qaldırmaq və ya minimuma endirmək lazımdır.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Təhlükəsizlik Şurası sədrinin müavini bundan əvvəl hərbi məhsulların qiymətlərinin düzgünlüyünü yoxlamaq üçün işçi qrupunun iclasını keçirib. Müfaviq video Medvedevin "VK" səhifəsində yayımlanıb.
"Xərclərin məcmusuna, xərclərin strukturuna, istehsalla birbaşa bağlı olan məsrəflərə, bəzi digər xərclərə baxmaq lazımdır. Hər halda, bütün bunları çox diqqətlə təhlil etmək lazımdır. Buna uyğun olaraq qeyri-məhsuldar xərclər aradan qaldırılmalı və ya minimuma endirilməlidir", - Medvedev bildirib.