ELM

"Apple" özünün elektrik avtomobili üzərində işlərini məhdudlaşdırır

Bunun əvəzinə şirkət diqqətini süni intellekt (AI) texnologiyalarının inkişafına yönəltməyi planlaşdırır.
Sputnik
BAKI, 2 mart — Sputnik. Texnologiya nəhəngi "Apple" 10 illik layihə üzərində işlədikdən sonra öz elektrik avtomobilinin hazırlanmasını dayandırmaq qərarına gəlib.
"Bloomberg" bu barədə yazıb.
Agentliyin məlumatına görə, şirkət rəhbərliyi bu sahə ilə məşğul olan 2 min işçi arasında çərşənbə axşamı müvafiq açıqlama verib.
Bunun əvəzinə şirkət diqqətini süni intellekt (AI) texnologiyalarının inkişafına yönəltməyi planlaşdırır. Belə ki, elektromobilin yaradılması üzərində işləyən "Special Projects Group" komandasının bir çox işçisi generativ süni intellekt inkişaf bölməsinə köçürüləcək.
Bundan əvvəl bildirilmişdi ki, "Apple Vision Pro" virtual reallıq eynəklərinin bəzi alıcıları diskomfort və baş ağrısı şikayətləri ilə cihazları mağazalara qaytarmağa başlayıblar.