BAKI, 1 mart — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova alman zabitlərinin Krım körpüsünə hücumları müzakirə etdiyi yayılan yazıya münasibət bildirib. O qeyd edib ki, müasir Almaniya rəhbərliyi Üçüncü Reyxin təcrübəsinə istinad edir.
Bu barədə Zaxarova özünün "Telegram" kanalında yazıb.
"Düşünün, müasir Almaniya rəhbərliyi Üçüncü Reyxin təcrübəsinə istinad edir! Bəli, onlar artıq dəli olublar!", – Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi yazıb.
O, "Müharibə davam edir. Bu müharibədə "bizim köhnə "luftwaffe"dən daha çox müasir texnologiyalar var" söyləyən Almaniya Hərbi Hava Qüvvələrinin müfəttişi İnqo Gerhartsın sözlərini sitat gətirib.
40 dəqiqəlik səsyazma zamanı Almaniya Bundesverinin yüksək rütbəli zabitləri Krım körpüsünə endirilən zərbələri müzakirə ediblər. Onlar, həmçinin münaqişədə iştirak edən ABŞ və Böyük Britaniya hərbçilərinin adlarını çəkiblər.
Zaxarova Bundesver Hərbi Hava Qüvvələri Komandanlığının əməliyyatlar və təlimlər şöbəsinin rəisi Qrefe, Bundesver HHQ-nin inspektoru Gerharts və Bundesver Kosmik Komandanlığının Fenske və Frostedt hava əməliyyatları mərkəzinin əməkdaşları arasında söhbətin məzmununu dərc edib.
Frostedte səsyazmada Ukrayna Silahlı Qüvvələrinin əməliyyata hazırlaşmaq üçün bir ayın kifayət qədər olmayacağından qorxduğunu bildirib. O, körpüyə hücumda "Taurus" qanadlı raketlərinin istifadəsinə də işarə edib.
Fenske lazım olan raketlərin sayını hesablayaraq strukturu məhv etməyə hazırlaşmaqdan danışıb.
Hərbi Hava Qüvvələrinin müfəttişi Gerharts bildirib ki, Rusiya qüvvələri ölkə üçün mühüm hərbi-strateji və siyasi əhəmiyyət kəsb edən strukturu yaxşı qoruyur.
"Nəzarət etməliyik ki, əvvəldən bizi münaqişənin bir tərəfi edən sözlər olmasın. Amma əgər indi nazirə görüşləri planlaşdıracağımızı və bunu heç kimin görməməsi üçün Polşadan avtomobilə gedəcəyimizi söyləsək - bu artıq iştirakdır, bunu etməyəcəyik", - Qrefe fikrini yekunlaşdırıb.