İQTİSADİYYAT

Yaşıl Enerji Məşvərət Şurasının ikinci iclası çərçivəsində üç sənəd imzalanıb

Energetika Nazirliyi ilə "Nobel Energy Management" MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Sputnik
BAKI, 1 mart — Sputnik. Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının onuncu nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasının ikinci iclası çərçivəsində üç sənəd imzalanıb.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Energetika Nazirliyi ilə "Elecnor" şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələrində əməkdaşlığa dair Anlaşma Memorandumu və Azərbaycan Bərpa Olunan Enerji Agentliyi ilə "Wind Europe" (Avropa Külək Enerjisi Assosiasiyası) arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bundan başqa, Azərbaycanın Energetika Nazirliyi ilə "Nobel Energy Management" MMC arasında Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.