BAKI, 1 mart — Sputnik. Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Azərbaycan Prezidenti bildirib ki, bu gün Avrasiyadakı geosiyasi vəziyyət bizim görəcəyimiz işlərin vacibliyini göstərir.
"Şaxələndirmə haqqında danışdıqda bizim mövqeyimiz hər zaman belə olub və indi də belədir ki, şaxələndirmə nəinki təchizat marşrutlarının, həmçinin mənbələrin şaxələndirilməsi olmalıdır" - dövlət başçısı bildirib.