BAKI, 1 mart — Sputnik. Bundesver zabitləri arasında Krım körpüsünü vurmaq planları ilə bağlı danışıqların səs yazıları ilə bağlı qalmaqal Almaniyanın Ukrayna münaqişəsindəki əsl rolunu göstərir və Almaniya kansleri Olaf Şoltsun bəyanatlarını tamamilə təkzib edir. Bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib.
Martın 1-i səhər saatlarında "Rossiya Seqodnya" media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan deyib ki, o, yüksək rütbəli alman Bundesver zabitlərinin "Krım körpüsünü necə bombalayacaqlarını" müzakirə etdiyi səs yazısını əldə edib. Onun sözlərinə görə, 40 dəqiqəlik səs yazısında Bundesver zabitləri həm ABŞ, həm də Britaniya hərbçilərini xatırladaraq, onların uzun müddətdir münaqişədə birbaşa iştirak etdiyini təsadüfən müzakirə edirlər. Həmin gün Simonyan danışığın mətnini dərc edib, ona görə ki, söhbətdə Bundesverin dörd yüksək rütbəli nümayəndəsi, o cümlədən Hərbi Hava Qüvvələrinin əməliyyatlar və təlimlər departamentinin rəhbəri iştirak edib, onlar Ukraynaya Taurus raketlərinin göndərilməsi və Krım körpüsünə hücumu müzakirə ediblər.
"Çox yüksək rütbəli Bundesver zabitləri arasında Krım körpüsünə hücum planlarını praktiki şəkildə müzakirə edən danışıqların səs yazıları ilə bağlı qalmaqal ciddi nəticələrə səbəb olmalıdır", - Kosaçev bildirib.
Onun sözlərinə görə, inandırıcı təkziblər və sübutlar irəli sürülməsə, Almaniyanın Ukrayna münaqişəsindəki əsl roluna köklü şəkildə yenidən baxmalı olacağıq ki, bu da indi məlum olduğu kimi, kansler Şoltsun Almaniyanın münaqişədə iştirakı haqqında dediklərini tamamilə təkzib edir.
"Bu, birbaşa iştirakdır. Səsi qeydə alınmış alman zabitlərindən biri deyir ki, biz indi müharibə aparırıq", - Kosaçev vurğulayıb.
Onun fikrincə, bəzi yüksək rütbəli hərbçilərin kanslerin arxasından iş gördüyünü güman etmək sadəlövhlükdür. "Bu o deməkdir ki, Berlin, necə deyərlər, birbaşa hərbi əməliyyatlarda yaxından iştirak edir və hətta Rusiya infrastrukturuna zərbələr endirmək planlarını da hazırlayır. Söhbət hərbi obyektlərdən yox, sərnişin qatarlarının və minlərlə mülki avtomobilin keçdiyi körpüdən gedir", - o yazıb.
Kosaçev qeyd edib ki, Rusiya tərəfinin Almaniya rəhbərliyini Kiyev nasistlərinin cinayətlərində bilavasitə ortaq hesab etmək üçün hər cür əsası var, onlar üçün mülki hədəflərə və mülki şəxslərə hücumlar adi haldır.