SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Rusiya XİN başçıları regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Sputnik
BAKI, 1 mart — Sputnik. 1 mart 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
***
Azərbaycan və Rusiya XİN rəhbərlərinin Antalyada görüşü keçirilir.
Ceyhun Bayramov və Sergey Lavrovun görüşü Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutub.
Bundan əvvəl, Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Martın 1-də Türkiyənin Antalya şəhərində III Diplomatiya Forumu işə başlayıb.
Tədbirin əsas məqsədi yaşadığımız təlatümlü dövrdən sülh yolu ilə çıxış axtarışında ümumi düşüncə zəmini yaratmaq, eləcə də davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və anti-islamizm, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər, pandemiyalar, genişlənən sosial-iqtisadi dalğalanma kimi bir çox mövzularda birgə çıxış yolları axtarmaqdır.
Bu il "Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq" mövzusu ilə baş tutan beynəlxalq tədbirdə iştirak etmək üçün 100-dən çox ölkədən 20-dən artıq dövlət və hökumət başçısı Antalyaya gəlib. Azərbaycan da daxil olmaqla 60-dan artıq ölkə xarici işlər nazirləri səviyyəsində təmsil olunur.