BAKI, 1 mart — Sputnik. Amerikalı alimlər itlərə qoxu vasitəsilə xəstənin Parkinson xəstəliyini müəyyənləşdirməyi öyrədiblər.
Bu barədə "RuNews24" xəbər verir.
Tədqiqat 23 ev itini əhatə edib, onlardan 16-sı müxtəlif cinslərdən olub. Alimlər Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrin heyvanın burnunun ayırd edə biləcəyi xüsusi bir qoxu yaydığını aşkar ediblər. Ümumilikdə itlər 2021-2022-ci illər arasında 200 dərs keçiblər.
Təcrübə zamanı əksər itlər Parkinson xəstəsini 89% ehtimalla təyin etməyi öyrəniblər. On itin həssaslıq səviyyəsi isə 90%-ə çatıb. Eyni zamanda, bu itlərin sağlam insanlara reaksiya vermədikləri qeyd olunub.
Mütəxəssislər hazırda insanın dərisindəki salada qeyri-adi qoxu yarada bilən birləşmələri araşdırırlar.
Bundan əvvəl alimlər sübut ediblər ki, atlar və itlər qorxunu, eləcə də insanın digər emosiyalarını onun qoxusundan müəyyən edə bilirlər.