RUSİYA

Zaxarova Putinin mesajında onun üçün ən vacib olanı açıqlayıb

Rusiya qarşısına Qərblə rəqabət aparmaq vəzifəsi qoymur, ilk növbədə öz milli maraqlarına yönəlmiş məqsədləri reallaşdırmaq niyyətindədir.
Sputnik
BAKI, 29 fevral — Sputnik. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə bugünkü müraciətində onun üçün ən vacib olanı açıqlayıb.
Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
Diplomatın fikrincə, onun üçün vacib olan odur ki, Rusiya qarşısına Qərblə rəqabət aparmaq vəzifəsi qoymur, ilk növbədə öz milli maraqlarına yönəlmiş məqsədləri reallaşdırmaq niyyətindədir.

"Rusiya Prezidenti Vladimir Putinin mesajında mənim üçün əsas odur ki, biz xarici ölkələrlə deyil, özümüzlə rəqabət aparırıq - biz milli maraqlara yönəlmiş məqsədlər qoyuruq və onlara nail oluruq" - Zaxarova yazıb.

O, həmçinin prezidentin elitanın yalnız milli yönümlü ola biləcəyini və Rusiyanın gələcəyinin xüsusi əməliyyatda sınaqdan keçənlərdən asılı olduğunu söylədiklərinə diqqət çəkib.
Daha əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko prezidentin mesajı barədə danışıb. O, bunu genişmiqyaslı və fundamental adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.