BAKI, 29 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir.
Putinin özünün də dediyi kimi, onun “daxili siyasi təqvimi nəzərə alaraq” müraciəti ən azı növbəti altı il üçün qarşıya vəzifələr qoyacaq.
Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin müraciətin mətni üzərində şəxsən işləyir.
Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.
Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.