BAKI, 29 fevral — Sputnik. Türkiyənin estrada ulduzu Hadisə Açıqgöz martın 1-də Bakı Konqres Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. "Meqamuzik"in təşkilatçılarının "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, bu, ifaçının Bakı səhnəsində ikinci böyük konsertidir.
Açıqgözün sözlərinə görə, o, bu dəfə yeni proqramla çıxış edəcək. Buraya onun həm köhnə, həm də yeni hitləri daxil olacaq. Tamaşaçıları müğənninin konsertində açıqlayacağı sürpriz də gözləyir.
Hadise Acıkgöz Belçikada doğulmuş türk müğənnidir. O, yeddi studiya albomu buraxıb. Onun dörd sinqli – "Sweat", "Milk Chocolate Girl", "My Body" və "Düm Tek Tek" - Flamand hit-paradlarının ilk 20-liyinə daxil olub.
İfaçı "Düm Tek Tek" mahnısı ilə Moskvada keçirilən Eurovision 2009-da Türkiyəni təmsil edib və dördüncü yeri tutub. 2022-ci ilin əvvəlində müğənni türk iş adamı Mehmet Dinçerler ilə nişanlanıb. Cütlük tezliklə evlənmək niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.