BAKI, 29 fevral — Sputnik. "Xocalı: yaddaş və beynəlxalq məsuliyyət" mövzusunda beynəlxalq onlayn konfrans keçirilib. Fevralın 27-də A.Topçubaşov adına Rus-Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş onlayn konfrans keçirib.
Tədbirə mərkəzin direktoru Eldar Əlizadə moderatorluq edib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov açılış nitqi ilə çıxış edib.
Qonaqlar arasında rusiyalı politoloqlar, hərbi ekspertlər Sergey Markov, İqor Korotçenko, Dmitri Solonnikov, politoloq Nərgiz Umarova (Daşkənd, Özbəkistan), politoloq Giorgi Unqiadze (Tbilisi, Gürcüstan), politoloq İlqar Vəlizadə (Bakı, Azərbaycan) olub.
Ekspertlər Xocalı soyqırımına təkcə dünyada deyil, Ermənistanda da siyasi-hüquqi qiymət verilməsinin vacibliyini qeyd ediblər.
Həmin dəhşətli hadisələrin şahidləri Solmaz Haqverdiyeva və Məlahət Məmmədova da qonaqlara müraciət ediblər.
Vətən Müharibəsi iştirakçısı Əfqan Zaxmayev konfrans iştirakçılarına döyüş əməliyyatları və Şuşanın işğaldan azad edilməsi barədə məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.