BAKI, 29 fevral — Sputnik. Siniflər üzrə iş dəftərlərinin ödənişsiz olması üçün iş aparılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, dərslərə uyğun iş dəftərləri hazırlamaq lazımdır:
"Lakin sinifdə 3 nəfərdə iş dəftəri olanda, 5-ində olmayanda nəticə olmur. İş dəftələrinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq".
Nazir həmçinin əlavə edib ki, ibtidai siniflər üzrə dərs yükünün azaldılması nəzərdə tutulmur, çünki bu, çox deyil.
Emin Əmrullayev həmçinin bildirib ki, Azərbaycanda məktəblərdə imtahanların sayı azaldıla bilər.
Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur:
"Hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.