RUSİYA

Güclü və suveren Rusiya olmadan davamlı dünya nizamı mümkün deyil - Putin

Rusiya lideri indiki nəslin Qafqazda beynəlxalq terrorizmlə mübarizə zamanı belə çətin sınaqlardan keçdiyini xatırladıb.
Sputnik
BAKI, 29 fevral — Sputnik. Güclü və suveren Rusiya olmadan davamlı dünya nizamı mümkün deyil. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Bu, bu gün hamı üçün vacibdir. Suveren, güclü Rusiya olmadan, davamlı dünya nizamı mümkün deyil. Qərb ölkələri artıq müharibənin nə olduğunu unudublar, Ukraynada baş verənlərin bir növ "cizgi filmi" olduğuna inanırlar. Bunlar çətin sınaqlardan keçməmiş insanlardır, artıq müharibənin nə olduğunu unudublar. İndiki nəsil Qafqazda beynəlxalq terrorizmlə mübarizə zamanı belə çətin sınaqlardan keçib. İndi isə Ukraynada münaqişə kontekstində eyni şey baş verir. Qərbdəkilər düşünürlər ki, onlar üçün bütün bunlar hansısa cizgi filmidir" - Putin bildirib.

Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq da edib.
O bildirib ki, Rusiyaya mümkün müdaxilələrin nəticələri keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq:
"Biz vaxtilə öz kontingentini ölkəmizin ərazisinə göndərənlərin taleyini xatırlayırıq".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir.
Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.
Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.