BAKI, 29 fevral — Sputnik. Ermənistanda saxlanılan Azərbaycan əsgərinə qarşı təxribata cəhd, qanunsuz silah və sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd ittihamları ilə iş açılıb. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti xəbər verir.
Ermənistan ərazisinə qanunsuz daxil olan Ruslan Pənahov istintaq orqanının qərarı ilə saxlanılıb.
Hazırda işin halları aydınlaşdırılır.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Sünik rayonunun Tex kəndi yaxınlığında sərhədi keçən azərbaycanlı hərbçinin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.