VİDEO

Bakı və İrəvan sülh müqaviləsinin imzalanmasına nə dərəcədə yaxındırlar?

Bakı və İrəvan Berlində sülh müqaviləsinin imzalanmasını müzakirə edirlər. Tərəflərin buna nə dərəcədə yaxın olduğunu və hansı maneələrin ola biləcəyi barədə politoloqun mülahizələrini videomuzda izləyə bilərsiniz.
Sputnik
Azərbaycan və Ermənistan arasındakı son danışıqları məhsuldar adlandırmaq olar, lakin ötən ilin sonunda vəziyyət daha yaxşı olub. Bunu politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
"Sülh yolu davam edir, lakin öz maraqlarını həyata keçirmək və gərginliyi artırmaq istəyən müəyyən qüvvələr var" - Hüseynov deyib.
Politoloq Ermənistanın NATO silahları ilə təmin olunduğunu və bütün bunların arxasında Fransanın dayandığını da vurğulayıb.
Hüseynov bildirib ki, Paşinyan və Makronun Yelisey sarayında görüşü zamanı Ermənistanın Baş naziri açıq şəkildə Rusiya əleyhinə bəyanatlarla çıxış edib və Azərbaycanın Ermənistana hücum etmək istədiyini söyləyib.
Politoloq qeyd edib ki, Azərbaycanın belə bir planı yoxdur və heç vaxt da olmayıb.
"Fransa hazırkı geosiyasi reallıqları dəyişmək, Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasını özününkü ilə əvəz etmək və Rusiyanı sıxışdırmaq istəyir. Makron Yelisey sarayının qarşısında, sözün əsl və məcazi mənasında Paşinyanın başı üzərində çətir açıb" - Hüseynov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.