ELM

Azərbaycan elminə ayrılan maliyyə azdır - Nazir

Emin Əmrullayev bildirib ki, ali təhsil müəssisəsində nə qədər çox tələbə varsa, o qədər çox maliyyə var.
Sputnik
BAKI, 29 fevral — Sputnik. Azərbaycan elmini birləşdirib inteqrasiyasına nail olmalıyıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
"İstəyiriksə ki, milli elmimiz dünyada görünsün, bu birlik, əməkdaşlıq mütləqdir. Fərdi elm olmur, elm birlik fonunda olur" - nazir qeyd edib.
Nazir Azərbaycan elminə ayrılan maliyyənin az olduğunu bildirib:
"Bu, o qədər uzun müddət belə olub ki, birdən-birə maliyyə artırılsa, nəticə əldə edilməyəcək".
Nazir eyni zamanda, qeyd edib ki, ali təhsil müəssisəsində nə qədər çox tələbə varsa, o qədər çox maliyyə var. Bu da rəqabətə yol açır.

"Elm və Təhsil Nazirliyi olaraq, 2024-cü il üçün tabeliyimizdə ali təhsil müəssisələrinə reytinqlərinin yaxşılaşması üçün 8 milyon manatın ayrılması təmin edilib. 2026-cı ilə Azərbaycanın 3 ali təhsil müəssisəsi 800 ən yaxşı ali təhsil müəssisəsi sırasına düşməlidir. Biz bunu planlaşdırırıq" - nazir vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.