BAKI, 28 fevral — Sputnik. Fransa Prezidenti Emmanuel Makronun qoşunların Ukraynaya mümkün göndərilməsi ilə bağlı sözləri Prezident Vladimir Zelenskinin rəhbərlik etdiyi Kiyev rejimi üçün fəlakətli olan döyüş təmas xəttindəki vəziyyəti düzəltməyə qadir deyil.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib. "Sputnik" radiosunda danışan Mariya Zaxarova qeyd edib ki, Ukrayna hakimiyyətinin Ukrayna Silahlı Qüvvələrinin itki rəqəmlərini azaltması da onlara cəbhə xəttindəki vəziyyətin yaxşılaşmasına kömək etmir.
"İnsanlar başa düşürlər ki, onlara xəyanət edilib, aldanıblar. Bu fonda nə isə etmək gərəkdir... Məsələn, Ukrayna Silahlı Qüvvələrinin sıralarında, ölümə sövq edilən Ukrayna vətəndaşları cərgəsində olan insanları "xaricdən onlara kömək ediləcək" kimi bir az ruhlandıracaq bir bəyanat" - Zaxarova bildirib.
Bununla yanaşı, o, Fransa prezidentinin bəyanatının gözlənilən effekti əldə etmədiyini vurğulayıb.
Bundan əvvəl Makron Qərb ölkələri tərəfindən Ukraynaya qoşun yeridilməsinin mümkünlüyünü istisna etmirdi.
Lakin NATO-nun baş katibi Yens Stoltenberq Fransa prezidentinin bu açıqlamasını təkzib edib. Rusiya Xarici İşlər Nazirliyi Makronun sözlərini şərh edərkən Fransa prezidentinin söylədiyi kəlmələr barədə özünə hesabat vermədiyi ehtimalı irəli sürülüb.
***
Zaxarova Makronun Ukrayna ilə bağlı dediyi sözlər haqqında: o, bunu dərk etmir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyü ilə bağlı açıqlamalarını şərh edərkən, onun nə dediyindən xəbərsiz olduğu fikrini irəli sürüb.
O, bu barədə özünün "Telegram" kanalında yazıb.
"Xatırlatmaq istərdim ki, cəmi bir ay əvvəl Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Parisin Kiyev rejimi üçün muzdlu əsgərlərin cəlb edilməsində iştirakını inkar edib və birbaşa sübutları "kobud Rusiya təbliğatı" adlandırıb", - Zaxarova qeyd edib.
"Belə bir hiss yaranıb ki, sanki, Fransa prezidentinin prinsipcə, nə tabeliyində olanların, nə də özünün dediklərindən xəbəri yoxdur", - Zaxarova bildirib.
O, Fransanın tarixini xatırladıb. "1945-ci ilin aprelində Berlini Fransanın "Şarleman" ("Böyük Karl") SS diviziyası və bir sıra başqaları müdafiə edirdilər. Onlar birbaşa Hitlerin bunkeri olan "Fürerbunker"i də müdafiə edirdilər. Onlar Üçüncü Reyxdə nasist cəngavər ordenləri ilə təltif olunan sonunculardan biri idilər. "Şarleman"dan olan fransalı SS-çilər Reyxstaqın və Reyxskanselyariyanın son müdafiəçiləri olublar" - o yazıb.
"Emmanuel, siz Zelenskinin bunkerini müdafiə etmək üçün "Şarleman II" (Charlemagne deux) diviziyasını təşkil etmək qərarına gəlmisiniz?", - Zaxarova soruşub.