PAYTAXT XƏBƏRLƏRİ

Yasamaldakı "ASAN xidmət" mərkəzi bağlanır

Vətəndaşlar hazır sənədlərini 3 saylı "ASAN xidmət" mərkəzindən götürmək üçün martın 1-dən etibarən 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət edə bilərlər.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Bakının Yasamal rayonunda yerləşən 3 saylı "ASAN xidmət" mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 1-dən bir ay müddətinə bağlanacaq.
Bu barədə "ASAN xidmət" mərkəzindən məlumat verilib.
Vətəndaşlar hazır sənədlərini 3 saylı "ASAN xidmət" mərkəzindən götürmək üçün martın 1-dən etibarən 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 83.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılıb.
“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.