SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan keçmişi arxada qoymaq üçün cəsarətli addımlar atıb - Berbok

Berbok bildirib ki, Almaniya Ermənistan və Azərbaycan arasında həll edilməmiş məsələlərin sülh yolu ilə və güc tətbiq edilmədən həllini təmin etməyə sadiqdir.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük əzab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb.
"Azərbaycan və Ermənistan böyük əzab və insan itkiləri ilə dolu keçmişi arxada qoymaq və irəliləmək üçün cəsarətli addımlar atıb" - Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistandan olan həmkarları ilə üçtərəfli görüşdən əvvəl deyib.
O bildirib ki, indi dayanıqlı sülhün əldə olunması imkanı var. Hər iki tərəf artıq keçmişi arxada qoymaq üçün cəsarətli addımlar atıb.
“Almaniya Ermənistan və Azərbaycan arasında həll edilməmiş məsələlərin sülh yolu ilə və güc tətbiq edilmədən həllini təmin etməyə sadiqdir. Bu məqsədlə iki ölkə arasında sülh danışıqlarının tez bir zamanda yekunlaşması vacibdir” - xarici işlər naziri bildirib.
Berbok deyib ki, “irəli getmək üçün əsl öhdəlik və qətiyyət lazımdır. Qafqaz dövlətləri arasında anlaşma hər iki ölkədən kənarda da müsbət təsirlər göstərəcək və Cənubi Qafqazda daha yaxşı gələcəyə və çiçəklənməyə yol açacaq”.
Xanım Berbok qeyd edib ki, iki həftə əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində başlayan "məhsuldar müzakirələr" davam etdirilməlidir.
04.11.23, 17:17
Berbok: Almaniya Aİ-nin dəstəyi ilə aparılan Brüssel formatını dəstəkləyir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berboku qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələri, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Almaniyanın xarici işlər naziri ölkəsinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel platformasını dəstəklədiyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın üzləşdiyi humanitar mina probleminin aradan qaldırılmasına Almaniyanın kömək göstərməyə hazır olduğunu bildirib.
Dövlətimizin başçısı bu ilin martında Almaniyaya səfərini və səfər çərçivəsində Kansler Olaf Şolts, Prezident Frank-Valter Ştaynmayer ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəklədiyini bildirdi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bu üç ölkə arasında əməkdaşlığın indiyədək mümkün olmadığını qeyd edib.
Dövlətimizin başçısı Ermənistanın son üç ildə Azərbaycanın Qarabağ bölgəsinə silah-sursatın və hərbi heyətin daşınmasını həyata keçirdiyini vurğulayıb. Prezident İlham Əliyev sentyabrın 2-də Nikol Paşinyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış və dəstəklənən qondarma rejimi təbrik etməsini və artıq özünü ləğv etmiş qondarma rejimin sentyabrın 9-da dırnaqarası “seçkilər” keçirməsini regionda vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı addımlar olduğunu bildirib. Prezident İlham Əliyev lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini bərpa etdiyini və ölkəmizin Ermənistan ilə münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını, regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.
Söhbət əsnasında Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
***
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfərə gəlib.
Almaniya XİN rəhbəri artıq Bakıdadır.
O, səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Xatırladaq ki, regiona səfəri çərçivəsində almaniyalı nazir noyabrın 3-də Ermənistana səfər edib və orada bir sıra yüksək səviyyəli görüşlər keçirib.