BAKI, 27 fevral — Sputnik. Britaniya bürokratiyası "axmaqlıq etməyi" sevir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün "Telegram" kanalında Britaniyanın xarici işlər naziri Devid Kemeronun Rusiyanın haqlı olmadığını sübut etmək zərurəti ilə bağlı bəyanatlarına cavab olaraq belə yazıb.
Zaxarova qeyd edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyasını məğlub etmək vəzifəsi uğur qazanmayıb, Qərb ölkələrinin hakimiyyət orqanları hələ də bunu etiraf edə bilmirlər.
"Təəssüf ki, o (Devid Kemeron) NATO-nun "Rusiyanı strateji cəhətdən məğlub etmək" vəzifəsinin iflasa uğradığını etiraf etmədi. O ki qaldı "sübut olunmayanı sübut etmək" istəyinə, bu, ingilis bürokratiyasının sevimli məşğuliyyətidir" – Zaxarova yazıb.
Söhbət Böyük Britaniya XİN başçısının o bəyanatlarından gedir ki, guya Rusiya Prezidenti Vladimir Putin hələ də qalib gələ biləcəyinə inanır, ona görə də Qərb onun səhv olduğunu sübut etməlidir.
Bundan əvvəl Devid Kemeron bildirmişdi ki, Qərb Ukrayna münaqişəsində Kiyevin perspektivləri barədə bədbin danışmağı dayandırmalıdır.