RUSİYA

Zaxarova: ABŞ və Britaniya G7-dən "faydalı axmaq" kimi istifadə edirlər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova anqlo-saksonlar G7-ni "Qərbin Rusiya ilə mübarizəsi üçün bir növ qərargah"a çeviriblər.
Sputnik
BAKI, 27 fevral — Sputnik. ABŞ və Böyük Britaniya anti-Rusiya xəttinə dəstək vermək üçün "Böyük yeddilik" (G7) üzvləri - Almaniya, İtaliya, Fransa və Yaponiyadan "faydalı axmaqlar" kimi istifadə edirlər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, anqlo-saksonlar G7-ni "Qərbin Rusiya ilə mübarizəsi üçün bir növ qərargah"a çeviriblər.
"Bundan başqa, G7 bir-biri ilə qanuni münasibətləri inkişaf etdirməyə çalışan digər müstəqil dövlətlərlə qarşıdurma üçün də istifadə olunur", - Zaxarova vurğulayıb.
"Eyni zamanda, Vaşinqton və London Berlin, Tokio, Paris və Roma nümayəndələrindən anti-Rusiya xəttini dəstəkləmək üçün əslində "faydalı axmaqlar" kimi istifadə edirlər", - diplomat bildirib.
Bundan əvvəl Mariya Zaxarova Böyük Britaniya Xarici İşlər Nazirliyinin Rusiyanın səhv etdiyinə dair açıqlamalarını ələ salmışdı.