BAKI, 27 fevral — Sputnik. Rusiya Nazirlər Kabineti mart ayından başlayaraq altı ay müddətinə benzinin ixracına qadağa qoyulması ilə bağlı mətbuatda yayılan məlumatları təsdiqləyib.
Bu barədə "TASS" baş nazirin müavini Aleksandr Novakın nümayəndəsinə istinadən xəbər verib.
"Belə bir qərar yay tətili və tarla işləri zamanı, eləcə də neftayırma zavodunun planlaşdırılan təmiri zamanı artan tələbatı kompensasiya etmək üçün lazımdır" - nəşr yazıb.
Əvvəllər bildirilmişdi ki, benzinin ixracına müvəqqəti qadağanın tətbiqi Aİİ ölkələri, Özbəkistan, Monqolustan, Abxaziya və Cənubi Osetiya ilə artıq razılaşdırılmış tədarüklərə təsir etməyəcək.
Həmçinin, Rusiya Federasiyası Nazirlər Kabinetinin birjada dizel satışı standartını 16% artırmağı planlaşdırdığı barədə də məlumat yayılıb.